ADY
Azərbaycan Dəmir Yolları
3-cü dərəcəli təmirçi çilingər-elektrik (Bakı Limanı)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
- Elektrik və mexaniki avadanlıqların təmir və texniki xidmət işlərini icra etmək;
- Nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasında iştirak etmək;
- Avadanlıqların sökülməsi, yığılması və sazlanması işlərini yerinə yetirmək;
- Kabel, elektrik birləşmələri və mexaniki hissələrin təmirini həyata keçirmək;
- Planlı texniki baxış və profilaktik təmir işlərində iştirak etmək;
- İş prosesində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
- İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Tələblər
Bilməlidir:
- Elektrik və mexaniki avadanlıqların əsas quruluşunu və iş prinsiplərini;
- Sadə elektrik sxemlərini və texniki çertyojları oxumağı;
- Elektrik alətləri, əl alətləri və ölçü cihazlarından istifadə qaydalarını;
- Təmir, montaj və sazlama işlərinin əsas üsullarını;
- Kabel birləşmələri və elektrik montaj işlərinin əsas qaydalarını;
- Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarını;
- İstehsalat sahəsində təhlükəsiz iş prinsiplərini.