AHY
"Azərbaycan Hava Yolları" QSC
Aparıcı IT Biznes Analitik / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Təsvir
- Omnichannel layihəsi üzrə biznes ehtiyacları ilə texniki həllər arasında əsas əlaqələndirici rolunu icra etmək;
- Müxtəlif kanalları əhatə edən mövcud biznes proseslərini və müştəri təcrübəsini dərin təhlil etmək, problemləri və sistem boşluqlarını müəyyənləşdirmək;
- Biznes tərəfləri ilə birbaşa işləyərək tələbləri formalaşdırmaq, dəqiqləşdirmək və prioritetləşdirmək;
- Kompleks biznes ehtiyaclarını aydın, strukturlaşdırılmış və icra oluna bilən funksional tələblərə çevirmək;
- Omnichannel platformalar üzrə sistemlərin necə işləməli olduğunu ümumi məntiq səviyyəsində təsvir etmək;
- Müxtəlif sistemlər arasında məlumat axınlarını, inteqrasiya məntiqini və asılılıqları izah etmək;
- Layihə boyunca tələblərin düzgün başa düşülməsini və texniki icra zamanı düzgün tətbiq olunmasını təmin etmək;
- Tələblərdə yaranan dəyişikliklərin təsirini qiymətləndirmək və düzgün şəkildə idarə olunmasına
- dəstək vermək;
- Texniki və qeyri-texniki tərəflər arasında kommunikasiyanı təmin etmək, qərarların verilməsinə
- analitik dəstək göstərmək;
- Yeni funksiyaların biznes məqsədlərinə uyğunluğunu yoxlamaq və qəbul prosesində aktiv iştirak etmək;
- Test mərhələsində biznes baxımından yoxlamalara rəhbərlik etmək, uyğunsuzluqları müəyyənləşdirmək;
- Layihə üzrə əsas riskləri, boşluqları və məhdudiyyətləri əvvəlcədən müəyyən edərək idarə olunmasına töhfə vermək;
- Funksional sənədlər, proses təsvirləri və izah materiallarını hazırlanmasını təmin etmək;
- Layihə üzrə rəhbərlik və əsas maraqlı tərəflər üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq;
- Omnichannel layihəsinin daha səmərəli və dayanıqlı qurulması üçün proses təkmilləşdirmələri təklif etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali
- Biznes analitika və ya müştəri ilə əlaqəli proseslərin optimizasiyası sahəsində minimum 3 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqlar
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).
Texniki bacarıqlar :
Müştəri və Omnichannel platformaları :
- CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar)
- CDP və müştəri məlumat platformaları (Tealium, Adobe, Segment və ya oxşar)
- Çağrı mərkəzi və müştəri xidmətləri sistemləri (Genesys, Avaya, Zendesk və ya oxşar)
Analitika və hesabat alətləri:
- Microsoft Excel (advanced səviyyədə)
- Power BI, Tableau və ya oxşar analitika və dashboard alətləri
- Google Analytics və ya oxşar istifadəçi davranışı analiz alətləri
Tələblərin idarə olunması və sənədləşmə:
- Jira və ya oxşar tələblərin və task-ların idarə olunması sistemləri
- Confluence və ya oxşar sənədləşmə platformaları
- Proses və axın diaqramları üçün alətlər (Miro, Microsoft Visio, Draw.io)
Sistemlər və inteqrasiya anlayışı:
- API və sistemlərarası inteqrasiya məntiqi (REST, məlumat axınları – kod yazmadan)
- Web və mobil tətbiqlərin iş prinsipləri:
- İdentifikasiya və giriş sistemləri (SSO, istifadəçi profilləri, əsas təhlükəsizlik məntiqi)
Test və keyfiyyətə nəzarət:
- UAT proseslərinin təşkili və sənədləşdirilməsi
- Test ssenarilərinin izlənməsi üçün alətlər (TestRail, Jira və ya oxşar)
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı