MF
Aylıq maaş
₼900+
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Büdcənin icrasına nəzarət və kənarlaşmaların təhlili;
- Maliyyə göstəricilərinin monitorinqi və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərində iştirak;
- Maliyyə proseslərinin optimallaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak;
- Maliyyə risklərinin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üzrə təkliflərin hazırlanması;
- Rəhbərlik üçün dövri maliyyə analizləri, təqdimatlar və idarəetmə hesabatlarının hazırlanması;
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Bank və ya BOKT sektorunda təcrübə üstünlükdür;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı;
- Excel proqramını yüksək səviyyədə bilmək;
- Analitik düşünmə və maliyyə göstəricilərinin təhlili bacarığı;
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq.
İş barədə məlumat:
- Əmək haqqı: 900 -1200 AZN
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 09.00-18.00
CV-lərinizi “Aparıcı Maliyyə Mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır