- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.student
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Back-end Developer (intern) vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- Web tətbiqlərinin server hissəsinin hazırlanmasında iştirak etmək;
- API-lərin dizaynı, inkişafı və təhlükəsizliyinin təmin edilməsinə dəstək;
- Mövcud sistemlərin texniki dəstəyi və təkmilləşdirilməsi;
- Front-end komandası ilə inteqrasiya və API testləri;
- Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırmaq.
Tələblər
- Java proqramlaşdırma dili və OOP (Object-Oriented Programming) prinsipləri üzrə güclü nəzəri və fundamental biliklər;
- Spring Boot (Spring MVC, Spring Data JPA) ekosistemi haqqında ilkin anlayış və bu istiqamətdə özünü inkişaf etdirməyə böyük həvəs;
- RESTful API arxitekturası və onun işləmə prinsipləri haqqında baza bilikləri;
- Verilənlər bazaları (PostgreSQL, Oracle və s.) ilə tanışlıq və sadə SQL sorğuları yaza bilmək bacarığı;
- Git versiya idarəetmə sistemi və GitHub/GitLab platformalarından istifadə təcrübəsi;
- Əsas təhlükəsizlik prinsipləri (JWT, OAuth2) haqqında ümumi nəzəri anlayış;
- Sərbəst araşdırma (Research), texniki sənədləri (Documentation) oxumaq və ingilis dilində resurslardan istifadə bacarığı;
- Analitik düşünmə və qarşıya çıxan texniki problemləri həll etmə istəyi.
Üstünlük sayılacaq:
- Docker konteynerləşdirmə texnologiyası və tətbiqlərin container-based mühitdə işlədilməsi haqqında ilkin biliklər;
- CI/CD alətləri (GitLab CI/CD, GitHub Actions) ilə ilkin tanışlıq;
- Hibernate ORM və ya Spring Data JPA ilə praktiki işləmə bacarığı;
- Müasir arxitektura prinsipləri (Mikroservis arxitekturası və ya Message Broker-lər - Kafka, RabbitMQ) haqqında ümumi nəzəri biliklər.