PC
Prime Cotton
Baş İcraçı Direktorun Köməkçisi və İnzibati İşlər üzrə Şöbə Müdiri (Mingəçevir)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.executive
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Təsvir
- Baş İcraçı Direktorun gündəlik fəaliyyətinin, görüşlərinin və iş qrafikinin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
- Baş İcraçı Direktorun tapşırıqlarının icrasına nəzarət etmək və icra vəziyyəti barədə mütəmadi məlumat vermək;
- Rəhbərlik və struktur bölmələr arasında operativ kommunikasiya və koordinasiyanı təşkil etmək;
- Daxil olan və göndərilən rəsmi yazışmaların, məktubların və sənədlərin idarə olunmasını təmin etmək;
- İclasların, görüşlərin və ezamiyyətlərin təşkili, protokollaşdırılması və nəticələrinin izlənilməsini həyata keçirmək;
- Şirkətin inzibati fəaliyyətlərinin effektiv təşkilini və idarə olunmasını təmin etmək;
- İnzibati heyətin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsünü həyata keçirmək və performansa nəzarət etmək;
- Ofis infrastrukturu, inzibati xidmətlər və təsərrüfat işlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
- Müqavilələrin, sifarişlərin və inzibati sənədlərin hazırlanması və icrasına nəzarət etmək;
- Şirkət daxilində qəbul olunmuş siyasət, prosedur və qaydaların tətbiqinə nəzarət etmək;
- Rəhbərliyin iştirakı tələb olunan hesabatların, təqdimatların və məlumat paketlərinin hazırlanmasını təşkil etmək;
- Məxfi və strateji məlumatların qorunmasını təmin etmək;
- Şirkətin korporativ tədbirlərinin və rəsmi qonaq qəbulunun təşkilini həyata keçirmək;
- İnzibati xərclərin monitorinqini aparmaq və optimallaşdırılması ilə bağlı təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli icra etmək.
Tələblər
- Biznesin idarə edilməsi, Menecment, Hüquq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- İcraçı direktorun köməkçisi (Executive Assistant), Ofis meneceri və ya inzibati idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi;
- Ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yüksək səviyyədə bilmək, rus dili üstünlük hesab olunur;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Sənəd dövriyyəsinin və işgüzar yazışmaların aparılması üzrə təcrübə;
- Yüksək təşkilatçılıq və planlama bacarığı;
- Məxfi məlumatlarla işləmək bacarığı və yüksək etik davranış standartları;
- Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqları paralel icra etmək bacarığı;
- Problem həll etmə, qərarvermə və koordinasiya bacarıqları;
- Komanda idarəetməsi və liderlik bacarıqları.