F
Foton

Baş mexanika mühəndisi

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

Nə təklif edirik?

  • Könüllü tibbi siğorta (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Müxtəlif mexaniki sistemlərin və avadanlıqların layihələndirilməsi, inkişafı və təkmilləşdirilməsi;
  • Texniki sənədlərin, çertyojların və spesifikasiyaların hazırlanması və yoxlanılması;
  • Mövcud sistemlərin analizi və optimallaşdırılması məqsədilə texniki auditlərin aparılması;
  • İstehsalat və ya texniki proseslərin etibarlı və səmərəli işləməsini təmin etmək;
  • Layihə komandaları ilə əməkdaşlıq və texniki rəhbərlik;
  • Avadanlıq və material seçimlərinə texniki əsaslandırma və tövsiyələr vermək;
  • Layihələrin texniki və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək;
  • Texniki hesabatların, planların və analizlərin hazırlanması;
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi.

Tələblər:

  • Mexanika mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (istehsalat, maşınqayırma, energetika və s. sahələrdə təcrübə arzuolunandır);
  • Texniki çertyojlar və layihələndirmə üzrə mükəmməl bilik;
  • AutoCAD, SolidWorks, Ansys, CATIA və digər müvafiq proqram təminatlarında sərbəst işləmək bacarığı;
  • Beynəlxalq və yerli standartlar (ISO, ASME və s.) üzrə biliklər;
  • Komandada işləmə və rəhbərlik qabiliyyəti;
  • Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür).

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq);

CV-lərinizi “Baş mexanika mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Oxşar vakansiyalar