T
Tetavio MMC

Baş mühasib

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼3,500+
Müraciət et
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil edilməsi və idarə olunması;
  • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Vergi və maliyyə risklərinin idarə olunması;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Bank, kassa və digər maliyyə əməliyyatlarının düzgün uçotunun təmin edilməsi;
  • Mühasibatlıq komandasının fəaliyyətinin idarə olunması və nəzarəti;
  • Audit yoxlamaları zamanı şirkətin maraqlarının təmsil olunması;
  • ERP sistemində mühasibat proseslərinin idarə edilməsi və təkmilləşdirilməsi;
  • Maliyyə intizamının və daxili nəzarət mexanizmlərinin tətbiqinin təmin edilməsi.

Namizədə tələblər

  • Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartları üzrə yüksək səviyyədə biliklər;
  • Tetavio ERP proqramını mükəmməl səviyyədə bilməsi (mütləq tələbdir);
  • MS Excel proqramını yüksək səviyyədə bilməsi;
  • Vergi yoxlamaları və audit proseslərində iştirak təcrübəsi;
  • Analitik düşünmə, idarəetmə və qərarvermə bacarıqları;
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.

Təklif edirik

  • 3500 AZN net əmək haqqı;
  • Stabil və uzunmüddətli əməkdaşlıq;
  • Peşəkar və dinamik iş mühiti;
  • Şirkətin inkişaf strategiyasında aktiv iştirak imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Baş Mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Tetavio ERP proqramını bilməyən namizədlərin müraciətlərinə baxılmayacaq.

Oxşar vakansiyalar