EBL
Euroasian Bridge Logistics and Transport MMC (EBLT)

Bəyannaməçi (Broker)

1 həftə əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnsan resursları

Vəzifə haqqında

Şirkətimiz komandamıza qoşulmaq üçün məsuliyyətli və peşəkar Bəyannaməçi axtarır.

Ümumi vəzifə öhdəlikləri:

  • Qısa idxal bəyannamələrinin tərtib edilməsi;
  • Tranzit gömrük bəyannamələrinin hazırlanması;
  • Bəyannamələrin elektron sistemə işlənilməsi;
  • Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;
  • Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
  • İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması;
  • Müştərilərdən daxil olan sorğuların cavablandırılması və sistemləşdirilməsi;
  • Sorğuların aidiyyəti struktur bölmələr və əməkdaşlarla koordinasiya edilməsi;
  • İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları altında malların bəyan edilməsi;
  • Müştəri məmnuniyyətinin və loyallığının təmin edilməsi məqsədilə yüksək səviyyədə xidmət göstərilməsi;
  • Mövcud müştərilərlə davamlı və effektiv ünsiyyətin qurulması.

Namizədə qarşı tələblər

  • Ali və ya peşə ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Bəyannaməçinin İxtisas Attestatının olması üstünlükdür;
  • Gömrük orqanları və sənədləşmə prosedurları sahəsində təcrübə arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis və rus dili bilikləri üstünlük hesab olunur;
  • MS Word, Excel və Outlook proqramlarında işləmə bacarığı.

Peşəkar bacarıqlar

  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyini bilmək;
  • Beynəlxalq tranzit prosedurları üzrə biliklərə malik olmaq;
  • Güclü ünsiyyət və koordinasiya bacarıqları;
  • Dəqiqlik, məsuliyyətlilik və sənədlərlə düzgün işləmə qabiliyyəti;
  • Müştəriləri dinləmək, ehtiyaclarını müəyyən etmək və effektiv həll yolları təqdim etmək bacarığı;
  • İşgüzar, səlist və aydın nitq qabiliyyəti;
  • Müştərilərlə peşəkar və nəzakətli münasibət qurmaq bacarığı.

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Bəyannaməçi” qeyd edilməlidir. Əks halda müraciətlərə baxılmaya bilər.

Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar