İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Beynəlxalq Əməkdaşlıq üzrə Mütəxəssis (International Cooperation Specialist)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları, donor qurumlar, maliyyə institutları və xarici şirkətlərlə əməkdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi;
- Xarici tərəfdaşlarla yazışmaların, görüşlərin və danışıqların təşkili və koordinasiyası;
- Yeni tərəfdaşlıq imkanları üzrə bazar və sektor araşdırmalarının aparılması;
- Potensial investorların, texnologiya şirkətlərinin və innovasiya tərəfdaşlarının cəlb olunmasına dəstək göstərilməsi;
- Beynəlxalq əməkdaşlıq layihələrinin hazırlanması və icrasının əlaqələndirilməsi;
- Memorandumlar, əməkdaşlıq sazişləri, niyyət protokolları və digər sənədlərin hazırlanmasında iştirak;
- Beynəlxalq tədbirlərin, forumların, sammitlərin, nümayəndə heyətlərinin səfərlərinin təşkili və koordinasiyası;
- Strateji tərəfdaşlıqlar üzrə təhlillərin, arayışların, təqdimatların və rəhbərlik üçün brifinq materiallarının hazırlanması;
- Qlobal innovasiya, texnologiya və rəqəmsal inkişaf trendlərinin monitorinqi;
- Beynəlxalq əməkdaşlıq portfelinin idarə olunması və hesabatlılığın təmin edilməsi.
Tələblər
Tələb olunan təhsil və təcrübə:
- Beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi, dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Minimum 3 il müvafiq iş təcrübəsi;
- Beynəlxalq təşkilatlar, inkişaf agentlikləri, donor qurumlar və ya korporativ beynəlxalq əməkdaşlıq sahəsində təcrübəyə üstünlük verilir;
- Beynəlxalq layihələrin idarə olunması və tərəfdaşlıq qurulması sahəsində təcrübə üstünlükdür;
- Beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübə üstünlük hesab olunur.
Tələb olunan bilik və bacarıqlar:
- Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq modelləri üzrə biliklər;
- Güclü analitik və tədqiqat bacarıqları;
- Bazar araşdırması və biznes inkişafı bacarıqları;
- Layihələrin idarə olunması üzrə biliklər;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması və təqdimat bacarıqları;
- MS Office proqramlarında peşəkar istifadə bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – əla
- Rus dili – üstünlükdür