UKB
Unibank Kommersiya Bankı
Biznes kreditlərinin monitorinqi bölməsinin Baş Mütəxəssisi/ Aparıcı Mütəxəssisi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;
- Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;
- Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və təhlil edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);
- Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;
- Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;
- Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
- Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;
- Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;
- Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 2 il iş təcrübəsi;
- Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;
- Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;
- Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.