F
FBCO MMC
Chef de Partie (Bölmə Aşpazı) - Emporium Café (Sea Breeze)
1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
İş Yeri: FBCO LLC
Lokasiya: Bakı,Azərbaycan
Vəzifənin təsviri
- Chef de Partie (CDP) vəzifəsinin məqsədi, mətbəx stansiyasının effektiv və yüksək keyfiyyətlə işləməsini təmin etmək, aşpaz heyətini idarə edərək məhsulun keyfiyyətini və təqdimatını qorumaq, həmçinin sanitariya və təhlükəsizlik prosedurlarına riayət etməkdir. Vəzifə, həmçinin yeni menyu elementlərinin yaradılmasında və mətbəx heyətinin inkişafında aktiv rol oynamağı hədəfləyir.
- Məsuliyyət daşıdığı stansiyada (isti, soyuq, səhər yeməyi) gündəlik işin təşkili, məhsulların hazırlanması və servisə hazır vəziyyətə gətirilməsi.
- Aşpaz heyətinə rəhbərlik və nəzarət etmək, onlara texniki və gigiyenik baxımdan təlimə uyğun davamlılığı təmin etmək.
- Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq, aşpazlar tərəfindən hazırlanmış məhsulların keyfiyyətindən əmin olmaq.
- Qida təhlükəsizliyi, sanitariya və allergen idarəetməsi qaydalarına ciddi riayət etmək.
- Xammal və ehtiyatların səmərəli istifadəsini təmin etmək və israfın qarşısını almaq.
- Stansiyanın təmizliyi, alət və avadanlığın saz vəziyyətdə saxlanılmasına cavabdehlik.
- Yeni menyuların testində iştirak etmək.
- Gündəlik hazırlıq siyahılarını yazmaq və Sous Chef-ə hesabat vermək.
Tələblər
- Orta və ya ali təhsil
- Minimum 3–5 il A’la carte təcrübə və komandaya liderlik təcrübəsi
- Fine Dining və/ya Set Menü bilikləri, müasir texnikalara açıq yanaşma.
- Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma.
- Təşkilatçılıq və məsuliyyət hissi yüksək səviyyədə.
- Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.