ST
Sahil Transport MMC

Daxili Logistika üzrə kiçik mütəxəssis / təcrübəçi

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼400+
Kateqoriya
Logistika

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Hərəkətdə olan avtomobil nəqliyyatının xətdə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkətinə dispetçer rəhbərliyini təmin etmək. 
  • Yük daşımaların istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil etmək.
  • Sürücülərə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin etmək.
  • Xətdə texniki yardım işini əlaqələndirmək.
  • Avtomobillərin müştərilər, obyektlər arasında bölüşdürülməsi üzrə bölgü planlarının işlənib hazırlanmasını təmin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək. 
  • Yük daşımaları prosesi üzərində nəzarəti həyata keçirmək.
  • Avtonəqliyyat dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək.
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət etmək. 
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. Rəhbərlik tərəfindən mobil telefon (zəng, sms), Sosal şəbəkə və email vasitəsi ilə verilən tapşırıqları yerinə yetirmək.

Namizədlərə tələblər:

  • Təhsil: Orta
  • İş təcrübəsi: Vacib deyil
  • Səliqəli xarici görünüş
  • Məsuliyyətli və çevik olmaq
  • Komandada işləmək bacarığı

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-dan 18:00
  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəs. Bayıl Plaza

Əmək haqqı:

  • Əmək haqqı 400 manat təşkil edir.işçinin bilik və bacarığından asılı olaraq əmək haqqı artımı nəzərdə tutulur.
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Daxili Logistika üzrə kiçik mütəxəssis /təcrübəçi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar