F
FBCO MMC
Demi Chef de Partie - Aşpaz / Emporium Café (Sea Breeze)
1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
İş Yeri: FBCO LLC
Lokasiya: Bakı,Azərbaycan
Vəzifənin təsviri
- Məsuliyyət daşıdığı stansiyada (isti, soyuq, səhər yeməyi) gündəlik işin təşkili, məhsulların hazırlanması və servisə hazır vəziyyətə gətirilməsi.
- Aşpaz heyətinə rəhbərlik və nəzarət etmək, onlara texniki və gigiyenik baxımdan təlimə uyğun davamlılığı təmin etmək.
- Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq, aşpazlar tərəfindən hazırlanmış məhsulların keyfiyyətindən əmin olmaq.
- Qida təhlükəsizliyi, sanitariya və allergen idarəetməsi qaydalarına ciddi riayət etmək.
- Xammal və ehtiyatların səmərəli istifadəsini təmin etmək və israfın qarşısını almaq.
- Stansiyanın təmizliyi, alət və avadanlığın saz vəziyyətdə saxlanılmasına cavabdehlik.
- Yeni menyuların testində iştirak etmək.
- Gündəlik hazırlıq siyahılarını yazmaq və Sous Chef-ə hesabat vermək.
Tələblər
- Orta və ya ali təhsil
- Minimum 2–4 il (A’la carte mətbəx təcrübəsi)
- Güclü liderlik və komanda işini təşviq etmək bacarığı
- İcraçı aşpazların təlimatlarını düzgün çatdırmaq və yerinə yetirmək bacarığı.
- Stress altında sakit və məhsuldar işləyə bilmək.
- Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.