O
Orzax

Dermokosmetik medikal tanıtım nümayəndəsi

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə: boss.az ↗
Aylıq maaş
₼1,000 – 1,500
Müraciət et
Təcrübə
1 ildən 3 ilə qədər
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi

Şirkət: Orzax  BioHerbalBaku

İş yeri: Bakı 

İş rejimi: Tam ştat (sahə işi)

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir.

Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.

Bu çərçivədə komandamıza Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə (dermatoloqlara) elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

Təklif etdiklərimiz:

1000 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)

Premya sistemi

Yemək kartı

Benzin kartı

Geyim dəstəyi

Davamlı təlim və inkişaf imkanları

Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün DEYİL

“Sadəcə satış etmək istəyirəm” deyənlər

Elmi mövzulara maraqsız olanlar

Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

Müraciət:

 

 

Oxşar vakansiyalar