VA
Vision Academy

Direktor (Təlim-tədris mərkəzi)

Bakı 3 həftə əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Təhsil

Vəzifə haqqında

Təsvir

Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.

Vəzifə öhdəlikləri:

-       Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;

-       Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;

-       Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;

-       Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;

-       Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;

-       Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;

-       Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;

-       Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;

-       Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;

-       Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Tələblər

 Kvalifikasiya tələbləri:

-        Təhsil: Ali təhsil  (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)

-        İş təcrübəsi:    

Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi;

Tələb olunan bilik və bacarıqlar:

-       Liderlik və təşkilatçılıq bacarığı;

-       Strateji düşünmə və qərarvermə bacarığı

-       Ünsiyyət və təqdimat bacarığı;

-       Analitik düşünmə bacarığı;

-       Problem həll etmə və nəticəyönümlülük bacarığı;

-       Məsuliyyətlilik və təşəbbüskarlıq;

-       Satış və biznes inkişafı üzrə biliklər;

-       Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;

-       İngilis dili biliyi - C1;

-       Rus dilində ünsiyyət bacarığı üstünlükdür.

Təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik,bacarıq və təcrübəsinə əsasən təyin edilir);
  • İş saatı: 09.00-18.00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

 

📩 Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər “Direktor(Təlim-tədris mərkəzi)” başlığı ilə öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Oxşar vakansiyalar