PRE
PASHA Real Estate Group
Document Control Specialist (Construction)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
- Təyin edilmiş tikinti layihələri üzrə sənəd idarəetmə fəaliyyətlərini şirkət prosedurları və layihə tələblərinə uyğun şəkildə həyata keçirmək.
- Təsdiq olunmuş sənəd təsnifatı strukturuna uyğun olaraq layihə sənədləri üçün kağız və elektron arxiv/fayl sistemlərini yaratmaq, təşkil etmək və idarə etmək.
- Çertyojlar, texniki spesifikasiyalar, RFI-lər (sorğular), submittal sənədləri, yazışmalar və texniki sənədlər daxil olmaqla layihə sənədlərini təşkil etmək, təsnifləndirmək, qeydiyyata almaq və arxivləşdirmək.
- Layihə qeydləri və sənədlərinin skan edilməsi, indeksləşdirilməsi, təşkili və arxivləşdirilməsində dəstək göstərmək.
- Daxil olan və göndərilən submittal sənədlərinin emalını və nəzarətini həyata keçirmək, sənəd idarəetmə sistemində düzgün qeydiyyat və vaxtında yenilənməni təmin etmək.
- Submittal jurnallarını (loglarını) yenilənmiş saxlamaq, sənədlərin statusunu, reviziyalarını, təsdiqlərini və gecikmiş məsələləri izləmək.
- Layihə sənədlərini SharePoint və ya digər təyin olunmuş elektron sənəd idarəetmə sistemləri vasitəsilə yükləmək və göndərmək.
- Çertyojları, planları, texniki spesifikasiyaları və əlaqəli reviziyaları qəbul etmək, qeydiyyata almaq, paylamaq və izləmək.
- Təsdiqlənmiş sənədlərin layihə komandalarına, podratçılara və subpodratçılara nəzarətli və vaxtında paylanmasını təmin etmək.
- Düzgün sənəd adlandırılması, indeksləşdirmə və versiya nəzarəti ilə dəqiq elektron məlumat bazalarını idarə etmək.
- RFI-lər, submittal sənədləri, çertyojlar, hesabatlar və layihə yazışmaları ilə bağlı sənəd idarəetmə fəaliyyətlərində layihə komandalarına dəstək vermək.
- Bütün layihə qeydlərinin və sənədlərinin məxfiliyini, düzgünlüyünü və bütövlüyünü təmin etmək.
- Rəhbərlik tərəfindən təyin olunan digər əlaqəli vəzifələri yerinə yetirmək.
Tələblər
Təhsil:
Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi.
Xüsusi bilik və bacarıqlar:
Sənəd idarəetmə sistemləri və arxiv/fayl strukturları; submittal sənədləri, RFI-lər, çertyojlar və texniki sənədlərlə iş; tikinti layihələri üzrə sənədləşdirmə standartları; SharePoint və elektron sənəd idarəetmə sistemləri üzrə biliklər.
İş təcrübəsi:
Sənəd idarəetməsi sahəsində, üstünlük olaraq tikinti və ya mühəndislik layihələrində minimum 3–5 il iş təcrübəsi.
Dil və kompüter proqramları üzrə biliklər (Microsoft Office):
MS Office proqramlarında yaxşı işləmək bacarığı.
Aconex və digər elektron sənəd idarəetmə sistemləri üzrə biliklərə üstünlük verilir.
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis dili biliyi.