NM
National Mind
Doktorantura İngilis Dili Hazırlığı Müəllimi
10 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Təhsil
Vəzifə haqqında
Beynəlxalq standartlara cavab verən və yaxın zamanda fəaliyyətə başlayacaq yeni təhsil mərkəzimiz üçün Doktorantura İngilis Dili Hazırlığı Müəllimi axtarırıq. Mərkəzimiz akademik keyfiyyət, müasir tədris metodları və tələbəyönümlü yanaşma əsasında fəaliyyət göstərəcək.
Tələblər:
- Azərbaycan üzrə doktoranturaya qəbul üçün keçirilən ingilis dili imtahanının struktur və qiymətləndirmə sistemini dərindən bilməli;
- Doktorantura ingilis dili imtahanından 42+ bal toplamış olmalı;
- Hazırlıq prosesində istifadə etmək üçün özünə məxsus və ya formalaşdırılmış material bazasına sahib olmalı;
- İmtahan strategiyaları, yazı və danışıq blokları üzrə praktik hazırlıq təcrübəsinə malik olmalı;
- Tələbələrlə effektiv ünsiyyət və motivasiya bacarığına sahib olmalı;
- IELTS, TOEFL, Cambridge və digər beynəlxalq dil sertifikatlarının olması üstünlükdür.
Vəzifələr:
- Doktoranturaya hazırlaşan namizədlər üçün ingilis dili dərslərinin tədrisi;
- Sınaq imtahanlarının təşkili və nəticələrin təhlili;
- Fərdi inkişaf planlarının hazırlanması;
- Tədris materiallarının yenilənməsi və zənginləşdirilməsi.
Təklif edirik:
- Açılış mərhələsində olan və sürətlə inkişaf etməyi hədəfləyən təhsil müəssisəsində çalışma imkanı;
- Beynəlxalq standartlara uyğun tədris mühitində fəaliyyət;
- Rəqabətli əməkhaqqı və bonus sistemi;
- Uzunmüddətli əməkdaşlıq perspektivi.
Maraqlanan namizədlər CV-lərini və doktorantura ingilis dili imtahanı nəticələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.