İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət satınalmaları və təchizat üzrə baş mütəxəssis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Satınalma fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa, aidiyyəti normativ hüquqi aktlara və qurumun daxili prosedurlarına uyğun həyata keçirilməsini təmin etmək
- Bazar araşdırmalarını aparmaq, potensial təchizatçılarla əlaqələrin qurulmasını təmin etmək, qiymət təhlilləri və müqayisələrini həyata keçirmək
- Satınalma prosedurlarını qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun həyata keçirmək
- Satınalma müqavilələrinin layihələrini hazırlamaq və aidiyyəti struktur bölmələrlə razılaşdırılmasını təmin etmək
- Satınalma müqavilələrinin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun icrasına müqavilə meneceri ilə birgə nəzarət etmək
- Təchizat sifarişlərinin idarə olunmasını həyata keçirmək və satınalma proseslərinin fasiləsizliyini təmin etmək
- Tələb olunan mal, iş və xidmətlərin daxili və xarici bazarda araşdırılması və təhlilini aparmaq
- Satınalmalara dair məlumat bazasını formalaşdırmaq, satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq və təqdim etmək
- Daxili və kənar audit yoxlamaları ilə bağlı proseslərdə iştirak etmək, aidiyyəti sənədlərin hazırlanmasını təmin etmək
- İllik satınalma planının və satınalma büdcəsinin hazırlanması prosesində iştirak etmək
- Şöbə əməkdaşlarına satınalma sənədlərinin hazırlanması və prosedurların icrası üzrə metodoloji dəstək göstərmək
- Fəaliyyət prosesində xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək
- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri və rəhbərlik tərəfindən verilən tapşırıqları səlahiyyətləri çərçivəsində icra etmək
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dövlət satınalmaları sahəsində iş təcrübəsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu və aidiyyəti normativ hüquqi aktları dərindən bilmək və praktik tətbiq etmək
- E-tender portalında işləmək bacarığı
- Satınalma prosedurlarının təşkili və idarə olunması üzrə biliklər
- Müqavilələrin hazırlanması və müqavilələrin idarə olunması üzrə biliklər
- Bazar araşdırması, qiymət təhlili və təchizatçı qiymətləndirməsi bacarığı
- Satınalma planlaması, büdcələşdirmə və hesabatlılıq üzrə biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı