KH
Kontakt Home
Elektron kommersiya şöbə müdiri/Olivia (Beauty and care)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Marketinq
Vəzifə haqqında
Təsvir
- Şirkətin elektron kommersiya strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Vebsayt üzrə satış, trafik və konversiya göstəricilərinin idarə olunması;
- Mobil tətbiqin hazırlanması və inkişaf strategiyasının idarə edilməsi;
- Onlayn satış kanallarının inkişafı;
- Məhsul kateqoriyalarının, qiymət strategiyasının və kampaniyaların planlaşdırılması;
- Komandanın idarə edilməsi;
- Müştəri təcrübəsinin təkmilləşdirilməsi və müştəri məmnuniyyətinin artırılması;
- Satışların analizi, hesabatların hazırlanması və biznes qərarları üçün təhlillərin aparılması;
- Rəhbərliyə hesabatların təqdim edilməsi və hədəflərin izlənməsi.
Tələblər
- Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahə üzrə);
- Elektron kommersiya sahəsində minimum 3 il rəhbər vəzifə təcrübəsi;
- E-commerce platformalarının (CMS, analytics, payment gateways, fulfillment) idarə edilməsi təcrübəsi;
- Google Analytics, Meta Ads, SEO və e-mail marketing alətləri ilə işləmək bacarığı;
- Komanda idarəetmə, strateji planlaşdırma və analitik düşünmə bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili üstünlükdür;
- Yüksək məsuliyyət, nəticəyönümlülük və təşəbbüskarlıq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.