P
Prosys LLC

Əmək haqqı hesablanması üzrə mühasib

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

PROSYS MMC olaraq, HRMpro proqram təminatının inkişafı və tətbiqi prosesində iştirak edəcək Əmək haqqı hesablanması üzrə mühasib axtarırıq!

Əgər əmək haqqının hesablanması, əmək qanunvericiliyi və mühasibatlıq sahəsində güclü biliklərə maliksinizsə, komandamızda yerinizi almaq fürsətini qaçırmayın.

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat (Full-time)

Sizdən gözlədiklərimiz:

  • Mühasibatlıq və ya maliyyə üzrə bakalavr dərəcəsi
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə, DSMF, işsizlik sığortası və gəlir vergisinin hesablanması üzrə minimum 3 il təcrübə
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsinin müvafiq maddələri üzrə əla bilik
  • HRM sistemləri ilə işləmə bacarığı
  • Analitik düşüncə və detallara diqqət
  • Komandada işləmək və problemləri yaradıcı şəkildə həll etmək bacarığı

Arzuolunan biliklər:

  • Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması
  • SQL və PL/SQL bilikləri
  • Jira, Balsamiq Wireframes, MS Visio ilə iş təcrübəsi
  • Agile və SCRUM metodologiyaları ilə tanışlıq

​​​​​​​​​​​​​​Vəzifə öhdəlikləri:

  • Müştəri tələblərinin toplanması və analizi
  • Biznes proseslərinin təhlili və sənədləşdirilməsi
  • Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması
  • Proqram təminatının test edilməsi və keyfiyyətə nəzarət
  • Yeni funksionallıqların sınaqdan keçirilməsi
  • Məhsulun təqdimatı və tətbiq dəstəyi
  • Proqramçılar tərəfindən görülən işlərin yoxlanılması və təhvil alınması

​​​​​​​​​​​​​​Biz sizə təklif edirik:

  • Rəqabətə davamlı əmək haqqı
  • 5 günlük iş həftəsi (09:00 – 18:00)
  • Peşəkar inkişaf və karyera imkanları
  • Maraqlı və innovativ layihələrdə iştirak
  • Dostyana və dinamik komanda mühiti

CV-nizi mövzu hissəsində "Əmək haqqı hesablanması üzrə mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Sizin bilik və təcrübəniz HRMpro-nun inkişafına töhfə verə bilər!

Oxşar vakansiyalar