AA
Azərpambıq ASK MMC

Əmək haqqı üzrə böyük mühasib

Bakı 1 gün əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Təcrübə
career-levels.prof
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Təsvir

-       İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;

-       Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;

-       DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi;

-       Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;

-       Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;

-       İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;

-       İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;

-       Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;

-       1C 8.3 ERP proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;

-       Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;

-       Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.


Tələblər

-       Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;

-       Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;

-       1C 8.3 ERP proqramında işləmək bacarığı;

-       Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);

-       MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;

-       Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;

-       Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;

-       Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;

Bu vakansiya əvvəl də yerləşdirilib:

  • 8 iyun 2026 (bu elan) · glorri.az
  • 7 iyun 2026 · jobsearch.az

Oxşar vakansiyalar