AF
ATS Food

Gömrük işləri üzrə baş mütəxəssis

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi:

  • İdxal və ixrac əməliyyatları üzrə gömrük sənədlərinin hazırlanması və düzgün rəsmiləşdirilməsinin təmin edilməsi; 
  • Gömrük bəyannamələrinin hazırlanması, yoxlanılması və aidiyyəti dövlət qurumlarına təqdim edilməsi; 
  • Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqinin təmin edilməsi; 
  • Gömrük brokerləri, logistika şirkətləri və dövlət qurumları ilə operativ əməkdaşlığın qurulması; 
  • Malların gömrük rəsmiləşdirilməsi prosesinin koordinasiyası və nəzarətdə saxlanılması; 
  • Gömrük ödənişləri, rüsumlar və digər xərclərlə bağlı hesablamaların aparılması; 
  • Sertifikat, mənşə şəhadətnaməsi, uyğunluq sənədi və digər icazə sənədlərinin alınmasının təşkili; 
  • Gömrük prosedurlarında yaranan problemlərin araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsi; 
  • Daşınma və gömrük əməliyyatları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 
  • Xarici tədarükçülər və logistika tərəfdaşları ilə yazışmaların aparılması.

Namizədə tələblər:

  • Ali təhsil (Logistika, Beynəlxalq iqtisadi münasibətlər, Gömrük işi, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); 
  • Gömrük əməliyyatları sahəsində minimum 3-5 il iş təcrübəsi; 
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər; 
  • İdxal-ixrac prosedurları və beynəlxalq logistika prosesləri üzrə biliklər; 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Azərbaycan dili (əla), İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür);

İş Qrafiki

  • 5 günlük qrafik 
  • İş saatları: 09:00:18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.

Üstünlüklərimiz: 

  • Nahar
  • Servis
  • Könüllü tibbi sığorta

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Gömrük işləri üzrə baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar