VS
"VIP Services Group" LLC
Hava Limanı biznes zallarında aşpaz
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
- Biznes zallar üçün təchizatçıdan təhvil alınan qida məhsullarının qəbulu və nəzarətinin həyata keçirilməsi;
- Məhsulların FIFO qaydalarına uyğun saxlanılmasına nəzarətin edilməsi;
- Qida məhsullarının düzgün etiketlənməsinin və saxlanma temperatur rejiminin mütəmadi izlənilməsi;
- Bufet xidməti üçün soyuq qəlyanaltı və salatların hazırlanması;
- Menyuya uyğun yeməklərin servisə hazırlanması və qida duracağına yerləşdirilməsi;
- Məhsulların keyfiyyət göstəricilərinə nəzarət edilməsi və servis temperaturunun müvafiq qaydada qeydiyyatının aparılması;
- Qida qalıqlarının aktlaşdırılması, uçotunun aparılması və müəyyən edilmiş prosedurlara uyğun silinməsinin təmin edilməsi;
- Mətbəxdə iş prosesinin təşkili və koordinasiyası;
- Gigiyena, sanitariya və qida təhlükəsizliyi standartlarına ciddi riayət olunmasının təmin edilməsi;
- Mətbəx sahəsinin təmiz, səliqəli və iş üçün yararlı vəziyyətdə saxlanılmasının təmin edilməsi;
- Yeni menyu və qida konsepsiyalarının hazırlanması istiqamətində təşəbbüslərin irəli sürülməsi və dəstək göstərilməsi.
Əmək şəraiti:
- Əmək haqqı: 1000 AZN (gross);
- İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00);
- İşyeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Ümumi xidməti nəqliyyatla təmin edilir.
Tələblər
- Otel və ya restoran sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
- Milli mətbəx üzrə biliklər arzuolunandır;
- Mətbəx işlərinə məsuliyyətli və peşəkar yanaşma;
- Çevik, intizamlı və komandada işləmə bacarığı;
- HACCP, ISO 22000 və ISO 22005 standartları barədə məlumatlı olmaq;
- İzlənmə və qeydiyyat sistemləri ilə işləmə bacarığı;
- Gigiyena və sanitariya qaydalarına ciddi riayət etmək;
- Komandada işləmək və məsuliyyətli yanaşma nümayiş etdirmək;
- Növbəli iş rejimində işləmək imkanı.