SW
Strong Way LLC
Hava Yükdaşımaları üzrə Satış Mütəxəssisi
1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Beynəlxalq hava yükdaşımaları sahəsində fəaliyyət göstərən komandamıza təcrübəli Satış üzrə Mütəxəssis (Air Freight Sales Executive) axtarırıq.
İş şəraiti
- İş yeri: Bakı, Azure Business Center
- İş rejimi: 5 günlük iş həftəsi, 09:00 – 18:00
Vəzifə öhdəlikləri:
- Mövcud müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi
- Air Freight xidmətlərinin təqdimatı, kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
- Müştərilərlə danışıqların aparılması, tariflərin razılaşdırılması və müqavilələrin bağlanması
- Bazarın, rəqiblərin və logistika tendensiyalarının təhlili
- Satış hədəflərinin yerinə yetirilməsi və mütəmadi hesabatların hazırlanması
Tələblər:
- Logistika və ya hava daşınma sahəsində satış minimum 3-5 il iş təcrübəsi
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili üstünlükdür)
- MS Office proqramlarında işləmə bacarığı
- Nəticəyönümlülük və məsuliyyətlilik
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı (müsahibə əsasında təyin olunur)
- Bonus və motivasiya sistemi
- Karyera inkişafı imkanları
- Dinamik və peşəkar iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya [email protected] göndərə bilərlər.
Məktubun mövzu hissəsində mütləq “Hava Yükdaşımaları üzrə Satış Mütəxəssisi” qeyd edin.
Strong Way Logistics ilə qlobal logistika həllərinin bir parçası olun!