QUK
Qarabağ Universitetinin Klinikası

Həkim – Travmatoloq-Ortoped

Xankəndi 3 həftə əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

Təsvir

Vəzifənin təsviri:


  • Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə dayaq-hərəkət sistemi xəstəlikləri və travmaları üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə planını hazırlamaq və icrasını təmin etmək.
  • Travmatik zədələr və ortopedik xəstəliklər üzrə pasiyentlərin müayinəsini aparmaq, klinik, instrumental və laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoymaq və müvafiq müalicə taktikasını müəyyən etmək.
  • Zəruri hallarda ortopedik və travmatoloji cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesinin təşkili və icrasını təmin etmək.
  • Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək.
  • Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək.
  • Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.


Tələblər

Namizədə tələblər:


  • Ali tibbi təhsil və Travmatologiya və Ortopediya ixtisası üzrə müvafiq ixtisaslaşma.
  • Müvafiq sahə üzrə klinik bilik və praktik bacarıqlar.
  • Müasir tibbi protokollar, xəstə təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
  • Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.
  • Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və pasiyent yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.

Oxşar vakansiyalar