BM
Bakı Metropoliteni

Hərəkət xidməti üzrə təcrübə proqramı

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnsan resursları

Vəzifə haqqında

Bakı Metropoliteni Hərəkət xidməti üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Sərnişinlərlə işləmək, metro həyatını yaxından tanımaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əməkhaqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq?

  • Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər
  • Təhsili nəqliyyat və sərnişindaşımaların təşkili üzrə olan məzunlar
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

  • Metropolitendən ödənişsiz istifadə
  • Nahar (güzəştli)

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5469 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Oxşar vakansiyalar