P
PMD Group MMC

Hesabatlılıq və büdcə üzrə aparıcı mütəxəssis

Bakı 19 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Təsvir

  • Aylıq olaraq Qrup və alt şirkətlərin maliyyə hesabatlarını toplanılması, analiz olunması, hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsinin təmin edilməsi
  • Aylıq olaraq Qrupdaxili əməliyyatların analiz olunması və kommunikasiyanın təşkilinə nəzarət
  • Aylıq olaraq İdarəetmə uçotu üçün Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına nəzarət və təqdimatı
  • Konsolidasiya edilmiş maliyyə hesabatlarında faktiki aylıq və büdcə nəticələri arasında fərqlərin araşdırılmasına nəzarət və analitik izahların təqdim edilməsi
  • Maliyyə hesabatlarının beynəlxalq standartına (MHBS) əsasən hazırlanacaq maliyyə hesabatları üçün lazımı standartların tətbiqinə və maliyyə hesabatlarının hazırlanmasına nəzarət edilməsi
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların təqdim edilməsi və tərtibinə nəzarət
  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflərin irəli sürülməsi
  • Büdcə və hesabatlılıq komandası tərəfindən hazırlanmalı olan digər oxşar tapşırıqlarının komanda üzvləri arasında bölgüsü və icrası
  • Rəhbərlik tərəfindən daxil olan digər ad hoc sorğuların, analizlərin və hesabatların hazırlanması və icrası


Tələblər

  • Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
  • Maliyyə hesabatı, büdcələmə və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi
  • MHBS əsasları və maliyyə hesabatı standartları üzrə bilik, yeni MHBS yeniləmələrini təhlil edib hesabat proseslərinə tətbiqetmə bacarığı
  • Maliyyə analizi üçün yüksək səviyyədə Excel bilikləri
  • ACCA sertifikatlarının olması (F3, F7)
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı
  • Komanda ruhu və çeviklik


Oxşar vakansiyalar