RSB
Royal Sea Breeze MMC

Hüquqşünas

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Hüquq

Vəzifə haqqında

“Royale Sea Breeze Operation” MMC Hüquqşünas vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrasına nəzarət
  • Hüquqi rəylərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İddia ərizələri, şikayətlər və digər hüquqi sənədlərin hazırlanması
  • Daxili prosedur və qaydaların hazırlanması, təkmilləşdirilməsi və hüquqi uyğunluğunun yoxlanılması
  • Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi
  • Şirkət əməkdaşlarına hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi
  • Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması
  • Korporativ sənədlərin hazırlanması və hüquqi baxımdan yoxlanılması

Namizədə olan tələblər:

  • Ali təhsil (hüquq üzrə); 
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; 
  • Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan
  • Azərbaycan və İngilis dilində səlis danışıq və yazı qabiliyyətinə malik, analitik düşünmə və problemləri həll etmə bacarığı, hüquqi nitq və yazışma qabiliyyəti
  • Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəllə, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi üzrə biliklər; 
  • MS Office proqramları və hüquqi axtarış sistemləri üzrə biliklər 
  • Rus dili biliyi üstünlükdür. 

Əlavə məlumat:

  • İş yeri: Nardaran qəsəbəsi
  • İş qrafiki: 5/2
  • Nəqliyyat və yemək şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər

Oxşar vakansiyalar