H
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.seniorExecutive
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
- Şirkətin ictimai münasibətlər və korporativ kommunikasiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Şirkətin reputasiyasının formalaşdırılması və qorunmasını təmin etmək;
- Media nümayəndələri ilə münasibətləri idarə etmək, müsahibə və açıqlamaların hazırlanmasına nəzarət etmək;
- Press-relizlər, bəyanatlar və digər kommunikasiya materiallarının hazırlanmasını koordinasiya etmək;
- Korporativ tədbirlərin, mətbuat konfranslarının və ictimai layihələrin təşkili və idarə olunmasını təmin etmək;
- Müvafiq dövlət qurumları, ictimai təşkilatlar və strateji tərəfdaşlarla daimi əlaqələri qurmaq və inkişaf etdirmək;
- Dövlət qurumları ilə rəsmi yazışmaları, görüşləri və əməkdaşlıq proseslərini koordinasiya etmək;
- Böhran kommunikasiyası planlarını hazırlamaq və zərurət yarandıqda icrasına rəhbərlik etmək;
- İctimai münasibətlər komandası və kommunikasiya layihələrinin idarə olunmasını həyata keçirmək;
- Şirkət rəhbərliyinə kommunikasiya fəaliyyəti üzrə müntəzəm hesabatlar təqdim etmək.
- Şirkətin fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət qurumları ilə daimi əlaqələrin qurulması və saxlanılması, əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, görüşlərin təşkili və qarşılıqlı kommunikasiyanın effektiv şəkildə idarə olunması.
- Müvafiq dövlət qurumları ilə daimi əlaqələrin qurulması, koordinasiyası və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi.
Tələblər
Tələblər:
- Ali təhsil;
- Dövlət qurumları və media ilə işləmək təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus üzrə biliklər yüksək səviyyədə, İngilis dili üzrə minimum B2 səviyyə;
- Bəy namizədlər üçün mütləq hərbi mükəlləfiyyət;
- Güclü liderlik, danışıqların aparılması və təqdimat bacarıqları;
- Strateji düşünmə və qərarvermə qabiliyyəti;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və bonus sistemi;
- Peşəkar inkişaf və rəhbərlik səviyyəsində karyera imkanları;
- Dinamik və peşəkar iş mühiti;
- Korporativ təlim və inkişaf proqramları;
- Əlavə sosial təminatlar.