SA
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Bu vəzifədə siz TikTok LIVE yaradıcıları ilə birbaşa işləyəcək, onların fəaliyyətini idarə edəcək, performansını artıracaq və agentliyin inkişafına töhfə verəcəksiniz.
Bu rol yalnız ünsiyyət deyil — nəzarət, idarəetmə və nəticə tələb edir.
Əsas Vəzifələr:
- TikTok platformasında aktiv yaradıcıların tapılması və cəlb olunması
- Yeni yaradıcıların agentliyə qoşulması (recruitment)
- Yaradıcıların gündəlik LIVE fəaliyyətinə nəzarət
- Onların aktivliyini və gəlirini artırmaq üçün yönləndirmə
- TikTok LIVE Backstage platformasında işləmək və məlumatların izlənməsi
- Yaradıcıların performansını analiz etmək və hesabat aparmaq
- Lark, Excel və digər sistemlərdə məlumatların düzgün idarə olunması
- Passiv və ya zəif performans göstərən yaradıcılarla işləmək və tədbir görmək
- Agentlik daxilində qoyulan hədəflərə çatmaq
Tələblər (VACİB)
- TikTok platformasını yaxşı səviyyədə bilmək
- TikTok LIVE və LIVE mədəniyyəti haqqında anlayış
- TikTok LIVE Backstage ilə işləmə bacarığı mütləqdir
- Yaradıcı tapmaq və onları cəlb etmək bacarığı
- İnsanlarla işləmək və onları idarə etmək bacarığı
- Yüksək məsuliyyət və intizam
- Excel / Google Sheets ilə işləmə bacarığı
- Lark və ya oxşar iş alətləri ilə işləmə bacarığı
- Nəticə yönümlü düşüncə (performans əsaslı iş)
- Azərbaycan və İngilis Dili biliyi (Rus dili üstünlükdür)
Üstünlük sayılır
- TikTok LIVE ilə əvvəlki təcrübə
- Influencer / sosial media sahəsində təcrübə
- Satış və ya community management təcrübəsi
- Komanda ilə işləmə bacarığı
Bu iş kimlər üçün uyğun deyil
- Yalnız “asan iş” axtaranlar
- Məsuliyyətdən qaçanlar
- Nəticə göstərmək istəməyənlər
- İnsanlarla işləməkdə çətinlik çəkənlər
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlər:
- CV göndərməlidir
- Qısa şəkildə TikTok və ya LIVE ilə bağlı təcrübəsini qeyd etməlidir
Email: [email protected]
TikTok və ya LIVE ilə əlaqəsi olmayan müraciətlər nəzərə alınmayacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!