KB
Kapital Bank

İnformasiya Təhlükəsizliyi Departamentinin Kibermüdafiə Şöbəsinin Kiçik Mütəxəssisi (SOC Analyst)

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

Təşkilatımızın kibertəhlükəsizlik strategiyasına uyğun olaraq, infrastruktur və informasiya sistemlərinin davamlı monitorinqini həyata keçirəcək, potensial təhlükəsizlik hadisələrinin və təhdidlərin vaxtında aşkarlanması, ilkin təhlili və eskalasiyasını təmin edəcək Tier 1 SOC Analitiki axtarırıq.

+ ' ' +
  • İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqədar sahə üzrə ali təhsil;
  • Sahə üzrə biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Yeni bilik və texnologiyaları sürətli mənimsəmə və dəyişikliklərə adaptasiya qabiliyyəti;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Komanda ilə effektiv işləmə bacarığı və məsuliyyətlilik.
+ ' ' +
  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
+ ' ' +
  • Təşkilatın şəbəkə və informasiya sistemlərinin 24/7 növbəli iş rejimində davamlı monitorinqini həyata keçirmək;
  • Aşkarlanmış təhlükəsizlik hadisələrinin ilkin təhlilini aparmaq;
  • İnsidentlərin araşdırılması və cavablandırılması prosesində SOC komandası ilə əməkdaşlıq etmək;
  • İnkişaf edən kiber təhdidləri və təhlükəsizlik trendlərini izləmək;
  • Potensial təhlükəsizlik insidentlərini və ya pozuntularını müəyyən etmək üçün müxtəlif mənbələrdən təhlükəsizlik hadisəsi qeydlərini toplamaq, idarə etmək və təhlil etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar