K
K Group

İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

İş şəraiti

  • Şəhər: Bakı
  • İş rejimi: 08:30 – 17:30, həftənin 5 günü
  • Əmək haqqı: Razılaşma yolu ilə

Namizədə tələblər:

  • Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə normativ tələbləri haqqında biliklər;
  • İnformasiya Təhlükəsizliyi, Kibertəhlükəsizlik, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Risklərin idarə olunması və Compliance prosesləri üzrə praktiki biliklər;
  • ISO 27001, PCI DSS, NIST və ya digər beynəlxalq təhlükəsizlik standartları üzrə biliklər;
  • Təhlükəsizlik insidentlərinin idarə olunması və audit proseslərində təcrübə;
  • Penetration Testing və Vulnerability Assessment nəticələrinin təhlili üzrə təcrübə;
  • Şəbəkə, sistem və tətbiq təhlükəsizliyi üzrə geniş biliklər;
  • Analitik düşünmə, liderlik və qərarvermə bacarıqları;
  • Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə.

İş barədə məlumat:

  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyi siyasət, prosedur və standartlarının hazırlanması və tətbiqinə nəzarət;
  • Kibertəhlükəsizlik risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması;
  • Təhlükəsizlik insidentlərinin idarə olunması və araşdırılması proseslərinə rəhbərlik;
  • Təhlükəsizlik monitorinqi və nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsi;
  • Biznesin Davamlılığı (BCP) və Fövqəladə Hallardan Bərpa (DRP) planlarının idarə olunması;
  • PCI DSS, ISO 27001, SWIFT CSP, NIST və digər standartlara uyğunluğun təmin edilməsi;
  • Daxili və xarici auditlərin koordinasiyası və uyğunsuzluqların aradan qaldırılması üzrə fəaliyyətlərin idarə olunması;
  • Tənzimləyici qurumlar və auditorlarla əlaqələrin idarə edilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının təşkili;
  • Şöbə əməkdaşlarının idarə olunması, inkişafı və fəaliyyətinin qiymətləndirilməsi;
  • Rəhbərliyə təhlükəsizlik və uyğunluq vəziyyəti üzrə dövri hesabatların təqdim edilməsi.  

Üstünlük hesab olunur:

  • CISSP, CISM, CISA, ISO 27001 Lead Implementer/Lead Auditor sertifikatları;
  • Maliyyə, fintech, ödəniş sistemləri və ya bank sektorunda iş təcrübəsi;
  • PCI DSS sertifikatlaşdırma və audit layihələrində iştirak təcrübəsi;
  • SIEM, SOC, Vulnerability Management və Threat Intelligence sahələrində təcrübə.

CV-nizi mövzu hissəsinə "İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Oxşar vakansiyalar