C
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Tikinti sektorunda fəaliyyət göstərən şirkətimiz üçün betonarme konstruksiyaların icrası sahəsində təcrübəli İnşaat Mühəndisi axtarırıq.
İş şəraiti
- İş yeri: Zağulba qəsəbəsi
- İş qrafiki: Bazar ertəsi – Şənbə
- Nəqliyyat: Koroğlu metro stansiyasından iş yerinə və iş yerindən Koroğlu metro stansiyasına şirkət tərəfindən servis nəqliyyatı təmin olunur.
Tələblər:
- İnşaat Mühəndisliyi ixtisası üzrə ali təhsil
- Tikinti sektorunda minimum 5 il iş təcrübəsi
- Betonarme, qəlib, armatur və beton tökmə işləri üzrə təcrübə
- Layihə və işçi cizgiləri oxumaq və tətbiq etmək bacarığı
- Şantiyə idarəçiliyi və sahə koordinasiyası üzrə təcrübə
- Keyfiyyətə nəzarət və işlərin icrasına nəzarət sahəsində biliklər
- AutoCAD və MS Office proqramlarından sərbəst istifadə bacarığı
- Güclü ünsiyyət, komanda işi və nəticəyönümlü yanaşma
Vəzifə öhdəlikləri:
- Betonarme işlərinin layihəyə uyğun icrasını təmin etmək
- Qəlib, armatur və beton işlərinin sahədə icrasına nəzarət etmək
- Podratçı və subpodratçı komandaların fəaliyyətini koordinasiya etmək
- İş proqramına uyğun icranı izləmək və hesabatlar hazırlamaq
- Keyfiyyət və əməyin mühafizəsi tələblərinə əməl olunmasına nəzarət etmək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnşaat Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.