AA
Azərpambıq ASK MMC
İnsan Resursları üzrə aparıcı mütəxəssis (Data analitik)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Təsvir
- Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması;
- Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili;
- Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması;
- İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması;
- İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi;
- Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması;
- İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi;
- Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması;
- Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi;
- İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması;
- Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması;
- Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.
Tələblər
- Yalnız bəy namizədlər
- Ali təhsil ( Biznesin idarə edilməsi, iqtisadiyyat və ya riyaziyyat sahəsi üzrə);
- İş təcrübəsi Müvafiq sahə üzrə 2 ildən az olmayaraq əmək stajı (İR data analitikasında təcrübəyə malik);
- Yüksək səviyyədə MS Office bilikləri (Excel səlis səviyyədə);
- Süni intellekt (Aİ tools) və digər qabaqcıl sistemlərdən istifadə etmə;
- 1C 8.3 ERP proqram təminatında işləmək;
- ƏMAS və İSB portallarında işləmək;
- Əmək qanunvericiliyi üzrə nəzəri biliklər;
- Analitik düşünmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- Yaş: 25-35 (ezamiyyətlərə açıq kişi namizədlərə üstünlük verilir);
- İş rejimi: 5 gün
- Həftədə 40 saat
- İstirahət günləri: şənbə və bazar