A
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.executive
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
- İşçilərin davamiyyətinin cəmlənmiş iş vaxtı uçotu əsasında dəqiq və vaxtında aparılması;
- İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması, yoxlanılması və təsdiq üçün təqdim edilməsi;
- Əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin əmək qanunvericiliyinə uyğun icrası;
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə yüksəlişi və digər HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi;
- İşçilərin şəxsi işlərinin (Personal File) formalaşdırılması, arxivləşdirilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi;
- HR məlumat bazasının yaradılması, məlumatların aktuallığının qorunması və dəyişikliklərin operativ şəkildə sistemə daxil edilməsi;
- Gündəlik və aylıq davamiyyət göstəricilərinə (gecikmə, işə gəlməmə, məzuniyyət və s.) nəzarət edilməsi, müvafiq əmrlərin hazırlanması və hesabatların təqdim olunması;
- Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin istifadəsinə nəzarət edilməsi;
- İşçilərlə bağlı əmrlərin, arayışların, məktubların və digər kadr sənədlərinin hazırlanması;
- İş yeri arayışları, əmək kitabçası və digər şəxsi sənədlərlə bağlı sorğuların cavablandırılması;
- Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, İcbari Tibbi Sığorta və digər rəsmi qurumlarla yazışmaların aparılması;
- Aylıq fəaliyyət hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər
- İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- İnsan Resursları əməliyyatları sahəsində minimum 4+ il iş təcrübəsi (pərakəndə satış/Retail sektorunda təcrübə üstünlükdür);
- Cəmlənmiş iş vaxtı uçotu, tabel və məzuniyyət hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik və bacarıqlar;
- 1C proqramı üzrə biliklərin olması üstünlük hesab edilir;
- Analitik düşüncə, yüksək diqqət və dəqiqlik, məsuliyyətlilik və komanda ilə effektiv işləmək bacarığı.