AYN
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
İnspektor (Regionlar üzrə)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
- Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına, normativ hüquqi aktlara və beynəlxalq müqavilələrə əməl olunmasına nəzarət etmək;
- Sərnişin və yük daşımalarının təhlükəsiz təşkilini yoxlamaq;
- “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən daşıyıcıların qarşısını almaq;
- Daşıyıcılar üçün maarifləndirmə işlərini aparmaq və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
- Sürücülərin iş və istirahət rejiminə, habelə müəyyən edilmiş tariflərə uyğun gediş haqqı ödənişlərinə nəzarət etmək;
- İnzibati xətaların aşkarlanması və pozuntu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi prosesində iştirak etmək;
- Aşkar edilmiş uyğunsuzluqlarla bağlı birbaşa rəhbərə mütəmadi hesabatlar təqdim etmək;
- Xidməti tapşırıqları, o cümlədən regional idarələrə dəstək göstərilməsini və təhkim edilmiş avadanlıqların/nəqliyyat vasitələrinin istismar qaydalarına riayət etməklə icra etmək.
Tələblər
Tələblər:
- Ali təhsil (nəqliyyat sahəsində);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Windows və MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Qanunvericiliklə (AR Prezidentinin aktları, Nazirlər Kabinetinin qərarları və s.) bağlı tələbləri bilmək və tətbiq etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı.
- Avtomobil nəqliyyatı və logistika sahəsində biliklər üstünlükdür.