V
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Funksiya: Rəqəmsallaşdırma, Transformasiya və Layihələr Direktorluğu/İT, Data və Proqramların Təkmilləşdirilməsi Departamenti/İT Biznes Analitika Şöbəsi
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Əsas vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi
- Biznes proseslərinin müəyyən edilməsi, modelləşdirilməsi və optimallaşdırılması
- Funksional testlərin aparılması və istifadəçi qəbul testlərində (UAT) iştirak
- Layihə idarəetmə proseslərinə dəstək göstərilməsi
- Biznes və texniki komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi
- Yeni funksionallıqlar üzrə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi
- SWOT təhlili və iş axınlarının hazırlanması
- İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin edilməsi
Vəzifə tələbləri:
- Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələr üzrə ali təhsil
- IT Biznes Analitik sahəsində minimum 2 il iş təcrübəsi
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları
- BPMN, UML kimi proses modelləşdirmə metodologiyaları üzrə biliklər (üstünlükdür)
- Agile, Scrum və ya digər layihə idarəetmə metodologiyaları üzrə təcrübə
- SQL, API-lərlə işləmə bacarığı, ERP və CRM sistemləri üzrə anlayış (üstünlükdür)
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları
- Azərbaycan dili səlis, ingilis və rus dillərində işgüzar səviyyədə bilik
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İT Biznes Analitik” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.