BOB
Bank of Baku

İT infrastrukturunun idarə edilməsi departamenti, Sistem administrator, Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin aparıcı eksperti

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Bankın server və saxlanc infrastrukturunun gündəlik idarə edilməsi, monitorinqi və fasiləsiz işlək vəziyyətdə saxlanılması.
  • Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası, yenilənməsi və inzibatçılığı.
  • VMware virtualizasiya mühitinin idarə edilməsi, virtual serverlərin yaradılması, resursların bölüşdürülməsi və optimizasiyası.
  • Storage sistemləri, SAN switch-lər və datastore-ların idarə olunması, disk resurslarının planlaşdırılması və monitorinqi.
  • Backup və restore proseslərinin icrası, ehtiyat nüsxələrin düzgünlüyünün yoxlanılması və bərpa testlərində iştirak.
  • Serverlər üzrə performans, resurs istifadəsi, disk tutumu və sistem loglarının izlənilməsi.
  • Hadisə və problemlərin araşdırılması, root cause analysis aparılması və müvafiq texniki həllərin tətbiqi.
  • Sistem təhlükəsizliyi tələblərinə uyğun olaraq serverlərin hardening edilməsi, patch/update proseslərinin icrası.
  • AD, DNS, DHCP, GPO və digər infrastruktur servisələrinin idarə olunmasında iştirak.
  • DR və BCP prosesləri çərçivəsində server və saxlanc sistemlərinin replikasiyası, testləri və bərpa ssenarilərində iştirak.
  • İnfrastruktur üzrə texniki sənədləşmənin hazırlanması və aktual saxlanılması.
  • Audit, informasiya təhlükəsizliyi və daxili nəzarət tələbləri üzrə tələb olunan texniki məlumatların hazırlanması.
  • Yeni layihələrdə server və saxlanc infrastrukturu üzrə texniki dəstəyin göstərilməsi.
  • Daxili istifadəçilər və digər IT komandalarından daxil olan sorğuların vaxtında və keyfiyyətli icra edilməsi.

Tələblər:

  • Ali təhsil – (İT və əlaqəli sahələr)
  • Sahə üzrə iş təcrübəsi 2-3 il
  • Dil biliyi: Azərbaycan - Yüksək

Texniki səriştəliklər

  • Kubernetes, Vault, Docker, VMWare, Linux

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Oxşar vakansiyalar