BOB
Bank of Baku

İT infrastrukturunun idarə edilməsi departamenti,Sistem administrator, Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin eksperti

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Yeni proqram təminatlarının Bankın IT infrastrukturununa tətbiqi.
  • Serverlərdə proqram təminatlarının quraşdırılması, sazlanması və işlək vəziyyətdə olmasının, ö cümlədən server və iş stansiyalarında quraşdırılmış proqram təminatlarının inteqrasiyasının təmin edilməsi.
  • İş stansiyaları və serverlərdə proqram təminatlarının avtomatik guraşdırılma sisteminin təşkili və idarə olunması.
  • İş stansiyalarına proqram təminatlarının quraşdırılması üzrə rəyin verilməsi.
  • Server və işçi stansiyalarında proqram təminatları üzrə yeniləmələrin guraşdırılması və nizamlanması.
  • Məntiqi şəbəkə infrastrukturunun təşkili və idarə olunması. (Active Directory), o cümlədən istifadəçi və istifadəçi qruplarının qeydiyyatının aparılması.
  • Baza xidmətlərinin (WINS, DHCP, DNS, RAS, RADIUS) təşkili və idarə olunması.
  • Təhlükəsizlik siyasətləri xidmətinin təşkili və idarə olunması.
  • Elektron poçt və ismarıc xidmətlərinin təşkili və idarə olunması.
  • Virus və spama qarşı sisteminin təşkili və idarə olunması.
  • İnternet, şəbəkə resursları və çap xidmətlərindən istifadə sisteminin təşkili və idarə olunması.
  • Şəbəkəyə uzagdan daxil olma sisteminin təşkili və idarə olunması.
  • Sistem faylları, məlumatlar və informasiyadan icazəsiz istifadənin qarşısının alınması və şəbəkələrarası məlumat mübadiləsi təhlukəsizliyinin təmin edilməsi.
  • Sistem infrastrukturunda zəif nöqtələrin müəyyən edilməsi və kritik (fövqəladə) hadisələrə vaxtında reaksiyanın verilməsi.
  • Şəbəkə, sistem və mənbəylərə daxilolma hadisələrinin protokollaşdırılması və təhlili.
  • İşçi stansiyalar və serverlərə daxilolmaların məhdudlaşdırılması.
  • Şəbəkə və sistemin dayanıglıgı və fasiləsiz işləməsinin təmin edilməsi, o cümlədən məlumatların ehtiyyat sürətlərinin yaradılması və bərpası.
  • Sistem konfiqurasiyalarının sənədləşdirilməsi.
  • Sistemdə mümkün olan nasazlıqları müəyyən edib aradan qaldırmaq məqsədilə test və profilaktik baxışların təşkil edilməsi.

Tələblər:

  • Ali təhsil – (İT və əlaqəli sahələr)
  • Sahə üzrə iş təcrübəsi -1 il
  • Dil biliyi: Azərbaycan - Yüksək

Texniki səriştəliklər

  • Kubernetes, Vault, Docker, VMWare

Digər şərtlər

  • Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
  • Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Oxşar vakansiyalar