WPH
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Şöbə: İnformasiya Texnologiyaları
Ünvan: M.Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi: Maliyyə şöbəsinin rəhbərliyi altında oteldə İnformsiya Texnologiyaları üzrə funksional bölmənin effektiv və problemsiz işləməsini təmin etmək.
İşin təsviri:
- Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
- Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
- Mehmanxananın səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq, o cümlədən, amma bununla məhdudlaşmayan: Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası, Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri, Qeydiyyat şöbəsi və Debitorlar üzrə Əmlak İdarəetmə Sistemləri, Qeydiyyat şöbəsində Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi, Ofis Uçot və Hesabat Sistemləri, Daxili və Xarici Elektron Poçt / Faks / Skanner proqram və kommunkasiya servis proqramları, Alqı-satqı aparılan yerdə ödənişlərin aparılması üçün terminallar sistemi, ATS sistemləri, Kabellərin çəkilişi, Hab (şəbəkə özəyi)/ Sviç (kommutator) İdarəetmə Sistemləri, Elektron Qapı Kilidləmə Kompüter Sistemi, Kompüterin virusdan qorunması, Mehmanxana İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sistemi
- Proqram təminatı problemlərinin araşdırılması və təchizatçı şirkətə, və yaxud Regional, Ərazi və yaxud Korporativ Ofisə məlumat verilməsi
- Sənədlərin yaradılması, mehmanxana kompüter sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
- İHG-nin texniki tələblərinə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi
- Kompüter otağının açarına/kilidinə nəzarət etmək və İHG-nin təhlükəsizlik sistemində göstərildiyi kimi, kompüter otağının yanğından mühafizə, temperatura nəzarət və bəslənmə üzrə tələblərinin İHG-nin texniki təhlükəsizlik tələbinə uyğun gəlməsinin təmin edilməsi
- Bütün istifadəçi adlarının, şifrələrinin və ən həssas sistem servis proqramlarının idarə edilməsi, bütün yüksək həssaslı resursların və mühüm kitabxanaların qorunması
- Fəaliyyət haqqında hesabatların, proqram pozulması haqqında hesabatların və təkmilləşdirilmiş proqramlar siyahısının başa çatdırılması və paylanması
- Dövri nəşriyyata abunə olaraq və İHG-nin, kompüter şirkətlərinin və satıcılarının keçirdiyi seminarlarda, simpoziumlarda və yaxud konfranslarda iştirak edərək, mehmanxana kompüter sahəsində ən son, yeniləşdirilmiş dəyişikliklər, təkmilləşdirmə və inkişafdan xəbərdar olmaq
Namizədə olan tələblər
- İT sahəsində ən azı 2-3 il iş təcrübəsinə malik olmaq;
- İnformasiya Texnologiyları üzrə təhsil zəruridi;
- Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini (xüsusən texniki sahədə) bilənlərə üstünlük verilir;
- Texniki idarəetmə, informasiya təhlili və kompüter avadanlıqları/proqram təminatı sistemləri üzrə mükəmməl biliklər;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İT üzrə mencer köməkçisi” qeyd edərək CV-lərini lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.