PRE
PASHA Real Estate Group
Junior Cost Control and Planning Engineer
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Təsvir
- Layihə büdcələrinin, BOQ-ların və xərc smetalarının hazırlanması və yenilənməsində xərcə nəzarət və planlaşdırma komandalarına dəstək vermək.
- Sahələrdən və departamentlərdən gündəlik, həftəlik və aylıq icra məlumatlarının toplanmasına və tərtib edilməsinə kömək etmək.
- Nəzarət altında pul axını (cash flow) və xərc performansı hesabatlarının hazırlanmasına dəstək olmaq.
- Faktiki sahə məlumatları əsasında qrafiklərin və icra hesabatlarının yenilənməsində iştirak etmək.
- Material sərfi, avadanlıq istifadəsi və işçi qüvvəsi hesabatlarının izlənilməsinə kömək etmək.
- Faktiki xərclərlə büdcədə nəzərdə tutulmuş göstəricilərin müqayisəsini aparmaq, əsas fərqləri müəyyən etmək.
- Xərc və planlaşdırma ilə bağlı sənədləri, qeydləri və elektron cədvəlləri saxlamaq və sistemləşdirmək.
- Subpodratçı və təchizatçıların xərc müqayisələrinin və sadə analizlərin hazırlanmasına kömək etmək.
- Tapşırığa əsasən qazanılmış dəyər (Earned Value) və performans xülasələrinin hazırlanmasında iştirak etmək.
- Hesabatlarda məlumatların düzgünlüyünü təmin etmək və həcm (quantity) yenilənmələri üçün Texniki Ofislə koordinasiya aparmaq.
- Hesabat və analizlər üçün tələb olunan çatışmayan məlumatların toplanması məqsədilə müvafiq şöbələrlə əlaqə saxlamaq.
- Xərcə nəzarət, planlaşdırma və hesabatlılıq üzrə daxili prosedurlara riayət etmək.
Tələblər
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil
- İnşaat Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
Müəyyən sahələr üzrə peşəkarlıq
- Xərcə nəzarət, büdcələşdirmə və planlaşdırma prinsipləri üzrə əsas biliklər;
- Rəqəmsal və analitik düşünmə bacarığı.
İş təcrübəsi
- Xərcə nəzarət, planlaşdırma və ya tikinti layihələrinə dəstək rollarında 1–3 il iş təcrübəsi.
Dil və kompüter proqramları üzrə biliklər
- Azərbaycan dilində sərbəst bilik;
- İngilis dili biliyi üstünlükdür;
- MS Excel üzrə yaxşı biliklər;
- MS Project, AutoCAD və ya Primavera P6 üzrə əsas biliklər üstünlükdür.