A
ABB

Kameral monitorinq üzrə aparıcı mütəxəssis

2 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Görəcəyiniz işlər:

  • POS terminallarının, ekvayrinq əməliyyatlarının və elektron ticarət sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək;
  • Məsafədən monitorinq sistemlərini (məsələn, real-time analitik dashboardları) qurmaq;
  • Ekvayrinq layihələrini izləmək, resursları təyin edib tapşırıqları təqib etmək;
  • Biznes proseslərinin avtomatlaşdırılması, rəqəmsal ekosistemlərin yaradılması;
  • Şübhəli, uyğunsuz və ya riskli əməliyyatları vaxtında aşkar edib aidiyyəti şöbəyə məlumat vermək;
  • Monitorinq nəticələrinə əsasən hesabatlar hazırlamaq, vizuallaşdırmaq və nəticələri izah etmək;
  • Monitorinq zamanı müəyyən olunan uyğunsuzluqları aradan qaldırmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya İT sahəsində arzuolunandır);
  • Ekvayrinq üzrə 1–3 il iş təcrübəsi olan;
  • Ödəniş sistemləri, POS terminalları, kart əməliyyatları üzrə biliklərə sahib olan;
  • Ekvayrinq sahəsi üzrə biliklərə, PSP-lərdə (ödəmə xidməti provayderləri) iş təcrübəsinə sahib olan;
  • SQL, Excel və/və ya BI alətləri (Power BI, Tableau) ilə işləmək bacarığına sahib olan;
  • Analitik düşünmə və problem həll etmə bacarığına sahib olan;
  • Əməliyyatlarda anormallıqları analiz edə bilən;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığına sahib olan (rus və ya ingilis dili üstünlükdür);
  • POS və ya ödəniş terminalları ilə bağlı texniki biliklərə sahib olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar