M
My Group Holding MMC

Kateqoriya meneceri

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
İnsan resursları

Vəzifə haqqında

Vəzifə: Kateqoriya üzrə menecer

  1. Vəzifələr və məsuliyyətlər:
  • Təhkim olunmuş məhsul kateqoriyası üzrə satış strategiyasının hazırlanması və icrası
  • Kateqoriya üzrə satış, gəlir və mənfəət göstəricilərinin planlanması və izlənilməsi
  • Məhsul portfelinin idarə olunması (assortimentin formalaşdırılması, optimallaşdırılması)
  • Təchizatçılarla danışıqların aparılması, müqavilələrin bağlanması və şərtlərin optimallaşdırılması
  • Qiymət siyasətinin müəyyən edilməsi və bazar analizinin aparılması
  • Satış dinamikasının və stok səviyyələrinin analizi, ehtiyacların proqnozlaşdırılması
  • Kampaniya və aksiyaların planlaşdırılması və effektivliyinin qiymətləndirilməsi
  • Rəqiblərin və bazar trendlərinin mütəmadi təhlili
  • Anbar, satış və marketinq komandaları ilə sıx əməkdaşlıq
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  1. Tələb edilən bacarıqlar və təhsil:
  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması və ya uyğun sahə üzrə üstünlükdür)
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi
  • Analitik düşünmə və qərarvermə bacarığı
  • MS Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı
  • 1C proqramı üzrə biliklər üstünlükdür
  • Danışıqlar aparma və təqdimat bacarıqları
  • Komanda ilə işləmə qabiliyyəti

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.

İş qrafiki:  I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.

İş yeri:    H.Əliyev pr.152, Çinar Plaza.

Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Kateqoriya üzrə menecer” adını qeyd edərək göndərə bilərlər.

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar