UKB
Unibank Kommersiya Bankı
Komplayns şöbəsinin Mütəxəssisi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Təsvir
- Bankın fəaliyyətinin qanunvericilik, Mərkəzi Bankın normativ tələbləri və bankdaxili qaydalara uyğunluğunun monitorinqində iştirak etmək;
- Bank əməliyyatları, məhsul və xidmətlər üzrə komplayens risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;
- Müştəri müraciətləri, şikayətlər və sorğular üzrə cavabların qanunvericilik və daxili prosedurlara uyğunluğunu monitorinq etmək;
- Maliyyə bazarlarına nəzarət orqanlarından daxil olan məktub, sorğu və tələblərin icra statusunun izlənilməsində iştirak etmək;
- Bankdaxili normativ sənədlərin, prosedur və qaydaların qanunvericilik və komplayens tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək;
- Yeni və dəyişdirilmiş qanunvericilik tələblərinin bankdaxili proseslərə tətbiq olunmasını izləmək;
- Bank əməliyyatları üzrə uyğunsuzluqların, prosedur pozuntularının və komplayens risklərinin müəyyən edilməsinə dəstək göstərmək;
- Komplayens monitorinq nəticələri üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasında iştirak etmək;
- Komplayens risklərinin azaldılması üzrə təkliflərin hazırlanmasında iştirak etmək.
Tələblər
- Ali təhsil — hüquq, maliyyə, iqtisadiyyat, bank işi və ya idarəetmə sahəsi üzrə;
- Bank sektorunda, komplayens, daxili nəzarət, risklərin idarə edilməsi, audit və ya əməliyyat sahəsində iş təcrübəsi arzuolunandır;
- Bank məhsulları və əməliyyatları üzrə ümumi biliklər;
- Qanunvericilik və normativ sənədlərlə işləmə bacarığı;
- Analitik düşünmə, məlumatları təhlil etmə və nəticə çıxarma bacarığı;
- Rəsmi yazışma və hesabat hazırlama bacarığı;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramları ilə işləmə bacarığı.