GT
Guven Technology LLC
Korporativ əlaqələr üzrə aparıcı mütəxəssis (Account Manager)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Satış
Vəzifə haqqında
Təsvir
- Müştəri portfelinin gündəlik idarə olunması və mütəmadi əlaqənin saxlanılması;
- Müştəri ehtiyaclarının proaktiv şəkildə müəyyən edilməsi və sorğuların operativ cavablandırılması;
- Müştərilərdən daxil olan texniki və xidmətlə bağlı problemlərin qəbul edilməsi və aidiyyəti texniki komandalara (helpdesk, IT support, network, security və s.) yönləndirilməsi;
- Problemlərin həll prosesinin izlənilməsi və müştərinin mütəmadi məlumatlandırılması;
- SLA (Service Level Agreement) tələblərinə uyğun icra prosesinə nəzarət;
- Müştərilərdə yeni ehtiyacların aşkarlanması və əlavə xidmət imkanlarının müəyyən edilməsi;
- Upsell və cross-sell imkanlarının inkişaf etdirilməsi və satış prosesinin idarə olunması;
- Fərdi təkliflərin (proposal) hazırlanması və müştəriyə təqdim olunması;
- Görüşlərin, danışıqların və müştəri fəaliyyətinin CRM sistemində qeyd edilməsi;
- Müştəri aktivliyi və nəticələr üzrə mütəmadi hesabatların hazırlanması.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus və İngilis dili biliyi (üstünlükdür);
- Güclü kommunikasiya və danışıqlar bacarığı;
- Müştəri yönümlü yanaşma (customer-centric mindset);
- Problem həll etmə və analitik düşünmə bacarığı;
- Prioritetləşdirmə və stress altında işləmə qabiliyyəti;
- Texniki komandalarla effektiv koordinasiya bacarığı;
- İT xidmətləri üzrə baza texniki anlayış;
- Satış və biznes inkişafı bacarığı (upsell/cross-sell);
- CRM sistemlərindən istifadə təcrübəsi.