CES
Caspian Engineering Solutions MMC

Laboratoriya mühəndisi (Qrunt və Beton sınaqları)

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

Şirkətimizə qrunt və beton materiallarının laboratoriya və sahə sınaqlarının aparılması üzrə təcrübəli Laboratoriya mühəndisi tələb olunur.

Namizədə tələblər:

  • İnşaat, geotexnika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
  • Qrunt və beton laboratoriya sınaqları üzrə iş təcrübəsi;
  • ASTM, AASHTO, BS və EN standartları ilə işləmək bacarığı;
  • Test nəticələrinin təhlili və texniki hesabatların hazırlanması bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, təşəbbüskar və komandada işləmək bacarığı.

Aşağıdakı sınaqları bilmək və icra etmək bacarığı:

  • Ələk analizi;
  • Proctor testi;
  • CBR testi;
  • Sand Cone üsulu ilə sıxlığın təyini;
  • Beton slump və temperatur ölçülməsi;
  • Beton kub nümunələrinin hazırlanması və sıxılma testləri;
  • Aqreqat testləri;

Vəzifə öhdəlikləri:

  • Qrunt və beton materiallarının laboratoriya və sahə sınaqlarını aparmaq;
  • Sınaq nəticələrini müvafiq standartların tələblərinə uyğun qiymətləndirmək;
  • Gündəlik, həftəlik və yekun hesabatları hazırlamaq;
  • Keyfiyyətə nəzarət prosesində iştirak etmək;
  • Laboratoriya avadanlıqlarının düzgün istifadəsini və saxlanılmasını təmin etmək;
  • Sınaq nəticələri üzrə texniki sənədləşməni aparmaq.

İş şəraiti:

  • Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
  • Ünvan: Badamdar şossesi 2 -ci massiv

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Laboratoriya mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  

Oxşar vakansiyalar