I
Aylıq maaş
₼2,500+
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Əsas öhdəliklər:
- Şirkətin maliyyə strategiyasının hazırlanması, maliyyə planlamasının həyata keçirilməsi və maliyyə hədəflərinə nail olunmasının təmin edilməsi;
- İllik, rüblük və aylıq büdcələrin hazırlanmasına rəhbərlik edilməsi, struktur bölmələr üzrə büdcələrin formalaşdırılması və icrasına nəzarətin təmin olunması;
- Şirkətin uçot siyasətinin hazırlanması, tətbiqi və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
- Büdcə göstəricilərinin təhlil olunması, xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və maliyyə səmərəliliyinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması;
- Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və biznes qərarlarının qəbulunda rəhbərliyə dəstək göstərilməsi;
- Maya dəyərinin hesablanması və qiymət siyasətinin formalaşdırılmasında iştirak edilməsi;
- Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlarının hazırlanması və maliyyə axınının effektiv idarə olunması;
- Təchizatçılarla hesablaşmaların, ödəniş cədvəllərinin, debitor və kreditor borcların idarə olunması və nəzarətdə saxlanılması;
- Müqavilələrin maliyyə, vergi və risk aspektləri üzrə təhlil edilməsi və rəy verilməsi.
- Bank və maliyyə institutları ilə əlaqələrin idarə olunması (kredit xətləri, overdraftlar, bank zəmanətləri və digər maliyyə alətləri);
- Şirkətin gəlir və xərclərinin monitorinqinin aparılması, maliyyə intizamına nəzarət edilməsi və maliyyə siyasətinin tətbiqinin təmin olunması;
- Daxili maliyyə nəzarət sistemlərinin qurulması, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin idarə olunmasının təmin edilməsi;
- ERP və maliyyə proqramları (o cümlədən iiko) vasitəsilə maliyyə əməliyyatlarının monitorinqi, məlumatların təhlili və idarəetmə hesabatlarının hazırlanması;
- Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, saxlanılması və sənəd dövriyyəsi proseslərinə nəzarət edilməsi;
- İnventarizasiya proseslərinə maliyyə nəzarətinin həyata keçirilməsi və nəticələrinin düzgün uçotunun təmin edilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət edilməsi, nəticələrin təhlili və rəhbərliyə təqdim olunması;
- Vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsinə, vergi bəyannamələrinin hazırlanmasına və təqdim edilməsinə nəzarət edilməsi;
- Dövlət orqanlarına təqdim olunan maliyyə və statistik hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi;
- Daxili audit proseslərinin təşkili və xarici auditorlarla əməkdaşlığın həyata keçirilməsi;
- Maliyyə şöbəsinin fəaliyyətinin təşkili, əməkdaşların işinin koordinasiya olunması, inkişafı və fəaliyyət göstəricilərinin idarə edilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan maliyyə təhlillərinin, hesabatların və digər operativ məlumatların hazırlanmasının təmin edilməsi.
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi: Maliyyə idarəçiliyi, büdcə planlaşdırılması və maliyyə hesabatlılığı sahəsində rəhbər vəzifədə minimum 3-5 il iş təcrübəsi;
- Sertifikatlar: ACCA, CFA və digər maliyyə sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə hesabatlılığı və maliyyə analizi bilikləri;
- Maliyyə planlaşdırılması bilikləri,
- Büdcə idarəetməsi və nəzarəti bilikləri;
- Maliyyə hesabatlarının hazırlanması, təhlili və interpretasiyası bacarığı;
- Cash Flow idarəetməsi üzrə biliklər;
- Maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər;
- Vergi qanunvericiliyi və maliyyə prosedurları üzrə praktiki biliklər;
- Strateji düşünmə və qərarvermə bacarığı;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Maliyyə modelləşdirmə və analitik düşüncə bacarıqları;
- Problem müəyyən etmə və həll etmə bacarığı;
- IFRS/MUBS standartları üzrə dərin biliklər;
- Microsoft Excel proqramında işləmə bacarığı (Yüksək səviyyədə) ;
- Maliyyə proqramları və ERP sistemləri ilə işləmə bacarığı;
Təklif edirik:
- Əmək haqqı: 2500 – 3500 AZN;
- Karyera inkişaf imkanı;
- Gənc və dinamik komanda;
- Rahat və peşəkar iş mühiti;
- Rəsmi əmək müqaviləsi və uzunmüddətli əməkdaşlıq imkanı.
Tələblərə cavab verən namizədlər CV-lərini "Maliyyə Direktoru" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.