KB
Kapital Bank
Maliyyə Hesabatlığı və Mühasibatlıq Departamentinin Əməliyyatların mühasibat uçotu və emalı şöbəsinin mühasibi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Əməliyyatların mühasibat uçotu şöbəsinin mühasibi vəzifəsi üzrə analitik düşüncəyə malik, rəqəmlərlə işləməkdən zövq alan, detallara diqqət göstərən və uçot sistemlərinin təkmilləşdirilməsində fəal rol oynaya biləcək namizədlər axtarışındayıq.
+ ' ' +- Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
- Müvafiq sahə üzrə 2 il təcrübə;
- Elektron portallar ilə işləmə bacarığı;
- Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır;
- MS Excel və 1C 8.3 Proqramında işləmə təcrübəsi;
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
- Elektron qaimə, hesab-fakturaların, aktların hazırlanması və göndərilməsi;
- Gündəlik mühasibatlıq əməliyyatlarının uçotu;
- Uçot üzrə bütün əməliyyatların 1C(8.3) proqramına işlənilməsi;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!