X
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Əmək funksiyası:
- Maliyyə və digər resurslardan qənaətlə istifadə edilməsinə nəzarət;
- İllik, aylıq büdcənin hazırlanmasını təşkil etmək;
- Büdcə ilə faktiki göstəricilərin təhlil edilməsi;
- Statistika, Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV,Əmlak, DSMF və s) təqdim edilməsi;
- Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsini təşkil edilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi;
- Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir;
- Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir;
- Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
- Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
- Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
- Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
- Maliyyə idarəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 5 (beş) il iş təcrübəsi;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Maliyyə idarəsinin rəisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.