E
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Mühasibat uçotunun IFRS və yerli qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi və davamlı nəzarətin həyata keçirilməsi
- Maliyyə və mühasibat hesabatlarının (P&L, Balance Sheet, Cash Flow) hazırlanmasına rəhbərlik və onların dəqiqliyinin, tamlığının təmin edilməsi
- Aylıq, rüblük və illik bağlanış (closing) proseslərinin idarə olunması və hesabatların müəyyən edilmiş müddətlərdə rəhbərliyə təqdim edilməsi
- Xarici və daxili audit proseslərinin koordinasiyası, auditor sorğularının cavablandırılması və audit nəticələri üzrə tədbirlər planının icrası
- Vergi öhdəliklərinin (ƏDV, mənfəət vergisi və digər ödənişlər) düzgün hesablanmasına və vaxtında icrasına nəzarət, vergi risklərinin idarə olunması
- Gəlir və xərclərin strukturunun təhlili, rentabelliyin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Debitor və kreditor borclar üzrə üzləşmə proseslərinin təşkilinə və düzgün aparılmasına nəzarət, gecikmiş borcların idarə olunması
Tələblər
- Maliyyə və mühasibat sahəsində Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- ACCA və CİMA sertifikatının olması mütləqdir
- 1C və MS Office proqramlarında işləmə bacarıqları
- Analitik düşünmə qabiliyyəti
- Detallara diqqətli olması
- Komandada işləmə bacarıqları